Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası üzrə sığorta ödənişini verməkdən imtinanın əsasları hansılardır
2025-02-14 09:50- baş vermiş hadisənin aşağıda qeyd olunanlara əsasən sığorta hadisəsi hesab edilməməsi:
- sığorta müqaviləsinin bağlanmasından sonrakı ilk 2 il ərzində sığorta olunanın intiharı, bir şərtlə ki, o üçüncü şəxslərin hüquqazidd hərəkətləri nəticəsində intihar etməyə məcbur edilmiş olmasın;
- sığorta olunanın hərbi əməliyyatlarda, vətəndaş qarşıdurmalarında, hərbi çevrilişlərdə və xalq iğtişaşlarında fəal iştirakı;
- nüvə, bioloji və kimyəvi vasitələrdən istifadə etməklə həyata keçirilən terror aktları;
- sığorta olunanın sığorta hadisəsi hesab edilə bilən hadisə ilə birbaşa əlaqəsi olan qanunazidd hərəkətləri;
- sığorta olunanın alkoqollu, narkotik və ya toksik sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;
- nüvə partlayışlarının, şüalanma və radioaktiv çirklənmənin təsiri;
- sığorta olunanın özünün idarə etdiyi uçuş aparatının (o cümlədən deltaplanın və paraşütün) qəzaya uğraması;
- sığorta olunanın qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto idman, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi ilə məşğul olması.
- sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödəniş müddəti başa çatdıqdan 15 gün sonra ödənilməsi;
- sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
- sığortalının hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
- qanunvericiliklə nəzərdə tutulmuş digər hallar.