- qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının (sığorta olunanın) sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətdikdə;
- müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminata istisna hesab olunan halların nəticəsi olduqda;
- sığortalı (sığorta olunan) zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən sığortalı mümkün tədbirləri görmüş olduğu halda zərərin miqdarı azaldığı həcmdə imtina edilə bilər;
- sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı (sığorta olunan) tərəfindən maneçilik törətdildikdə;
- sığorta predmeti, sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
- baş vermiş hadisə qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə;
- Qanunvericiliklə nəzərdə tutulmuş digər hallar.