İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə hadisə baş verdiyi halda hansı sənədlər təqdim edilməlidir?
2025-02-14 09:50- sığorta müqaviləsinin surəti;
- sığorta olunanın öldüyü halda faydalanan şəxsin imzaladığı sığorta tələbi;
- qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında aktların, yaxud məhkəmə qərarının surəti;
- sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini və müddətini müəyyən edən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunmuş Müayinə aktlarından çıxarışların (əlilliyin səbəbi, əmək zədəsi və əmək qabiliyyətinin itirilməsi faizi qeyd olunmaqla) surəti;
- sığorta olunan öldüyü halda, onun ölüm haqqında şəhadətnaməsinin surəti;
- sığorta olunan öldüyü halda, onun himayəsində olmuş ailə üzvləri (şəxslər) haqqında arayış;
- sığorta hadisəsi nəticəsində aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisə səbəbindən öldükdə, ölümün sığorta hadisəsi ilə bağlılığını təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının qərarı;
- sığorta hadisəsi nəticəsində sığorta olunanın, onun öldüyü halda isə digər faydalanan şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin surətləri;
- sığorta olunanın öldüyü halda faydalanan şəxs hesab edilən ailə üzvləri onun valideynləri olduqda onun doğum haqqında şəhadətnaməsinin, övladları olduqda onların doğum haqqında şəhadətnamələrinin, əri (arvadı) olduqda isə onun nikah haqqında şəhadətnaməsinin surəti;
- faydalanan şəxsin sığorta tələbi ilə bağlı ərizəsi və bank rekvizitləri;
- hadisə tarixindən 12 ay əvvəl sığorta olunanın orta əmək haqqısı barəsində cədvəl şəklində yazılı və işəgötürən tərəfindən təsdiqlənmiş arayış;