İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişini verməkdən imtinanın əsasları hansılardır?

2025-02-14 09:51
  • hadisə sığorta olunanın hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda;
  • sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə;
  • Qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda.