Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası üzrə hadisə baş verdiyi halda hansı sənədlər təqdim edilməlidir?
2025-02-13 14:41- sığorta şəhadətnaməsi;
- sığorta ödənişinin alınması barədə faydalanan şəxsin (şəxslərin) sığorta tələbi;
- sığorta olunanın öldüyü hal istisna olmaqla, sığorta olunanın şəxsiyyət vəsiqəsinin surəti;
- kredit müqaviləsinin borc verən tərəfindən təsdiqlənmiş surəti;
- kredit müqaviləsi üzrə borc verənin təsdiqlədiyi ödəniş qrafikinin surəti;
- sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanının belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənəd;
- sığorta olunanın əmək qabiliyyətinin itirilməsi halında ona əlillik dərəcəsinin təyin edilməsi haqqında Tibbi Sosial Ekspert Komissiyasının rəyinin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
- sığorta olunanın öldüyü halda ölümü haqqında şəhadətnamənin surəti;
- ölümünün səbəbi haqqında tibbi arayış, xəstəlikdən öldüyü halda həmçinin epikriz və xəstəlik tarixindən çıxarış;
- zəruri hallarda vərəsəlik haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti.