Həyat sığortası üzrə hadisə baş verdiyi halda hansı sənədlər təqdim edilməlidir?

2025-02-13 14:40

SIĞORTA OLUNAN SIĞORTA MÜQAVİLƏSİ MÜDDƏTİNİN SONUNA QƏDƏR YAŞAMASI HALINDA:

 

  • sığorta şəhadətnaməsi;
  • müəyyən edilmiş formada ərizə;
  • sığorta təminatını alanın şəxsiyyətini təsdiq edən sənəd.

 

SIĞORTA OLUNANIN SIĞORTA MÜDDƏTİNDƏ ÖLDÜYÜ HALDA:

 

  • sığorta şəhadətnaməsi;
  • müəyyən edilmiş formada ərizə;
  • sığorta olunanın ölümü haqqında şəhadətnamənin təsdiq edilmiş surəti;
  • sığorta hadisəsinin baş verməsinin səbəb və xarakterlərini müəyyən etmək üçün lazım olan digər sənədlər;
  • sığorta təminatını alan şəxsin şəxsiyyətini təsdiq edən sənədlər və zəruri hallarda vərəsəlik haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti.