Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra “Nəzarət orqanı”) müraciət edin.
- Şikayətin nəticələri ilə razılaşmadığınız təqdirdə Nəzarət orqanına müraciət edə bilərsiniz. Nəzarət orqanı maliyyə institutlarına nəzarət üçün məsuliyyət daşıyır. Nəzarət orqan tərəfindən maliyyə institutunun qanunazidd hərəkətləri və ya hərəkətsizliyi müəyyən olunduqda Nəzarət orqanı səlahiyyətləri çərçivəsində məsələyə müdaxilə edir. Nəzarət orqanı üçün müraciətin standart forması müəyyən edilmişdir. Həmin formanı Nəzarət orqanın inzibati binasına yaxınlaşmaqla və ya onun rəsmi internet səhifəsinə daxil olmaqla əldə edə bilərsiniz;
- Müraciətinizlə bağlı hər hansı hüquq pozuntusu aşkar edilmədikdə və müraciətinizdə qeyd edilən məsələlərin həll edilməsi Nəzarət orqanın səlahiyyətləri çərçivəsindən kənarda olduqda müraciət Nəzarət orqanı tərəfindən aidiyyəti üzrə müvafiq quruma göndərilə bilər;
- Nəzarət orqanı müraciətinizə baxarkən hüquq pozuntusu aşkar edildiyi halda Nəzarət orqanı tərəfindən müvafiq məsələ ilə bağlı sorğu göndərilərək araşdırma aparılır və şikayətinizin təmin olunması və ya müraciətinizlə əlaqədar sizə müvafiq izahatın verilməsi ilə bağlı tədbirlər görülür;
- Nəzarət orqanı tərəfindən müraciətinizə cavab verilməsi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müddət ərzində həyata keçirilir.