“Qala Həyat”da inkişaf davam edir - YIĞIMLARIN HƏCMİ ARTIR

2023-04-08 07:10

Azərbaycanın həyat sığortası bazarında aktivliyi ilə seçilən “Qala Həyat” sığorta şirkəti cari ilin yanvar-dekabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətdən verilən məlumata görə, ölkədə pandemiya dövrünün olmasına baxmayaraq şirkət bu dövrdə də öz inkişafını uğurla davam etdirir.

Belə ki, 2020-ci ilin yanvar-dekabr aylarında satış komandası tərəfindən 15 944 878 manat həcmində sığorta haqqı toplanmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1 102 092 manat və ya 7,43% çox olub.

Hesabat dövründə müxtəlf sığorta hadisələri üzrə ümumilikdə “Qala Həyat” tərəfindən müştərilərə 4 051 944 manat həcmində sığorta ödənişi verilmişdir ki, bunun da 3 573 071 manatı könüllü sığortanın, 519 873 manatı isə icbari sığorta növünün payına düşmüşdür.

Xüsusi ilə qeyd edilməlidir ki, 2020-ci ildə şirkət tərəfindən yeni məhsulların hazırlanması və bazara təqdim edilməsi istiqamətində görülən işlər həyata keçirilmişdir. Mövcud vəziyyəti nəzərə alaraq, şirkət tərəfindən bazara “Təminatlı gələcək” adlı yeni məhsul təqdim edilmişdir.  

Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə könüllü və icbari növlər üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, korporativ müştərilər üçün “Sağalmaz xəstəliklərdən sığorta”, “Zərərsiz və itkisiz sığorta”, “Həyat sığortası”, “Təminatlı gələcək” və “Əmək qabiliyyətinin itirilməsi halından sığorta olunanın həyat sığortası”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı üzrə xidmətlər göstərir.

Digər

2025-03-28 07:10

“Qala” və “Qala Həyat” sığorta şirkətləri “YAŞAT” Fonduna 100 min manat ianə edib

2025-03-13 09:03

“Qala” Siğorta Şirkətləri Qrupu və “Azre Təkrarsiğorta” Asc Azərbaycan Respublikasi Silahli Qüvvələrinə dəstək olub!

2025-02-04 09:05

Bazarın aparıcı oyuncularından olan“Qala Həyat və Qala Sığorta” Şirkətləri birlikdə daha güclüdürlər

2025-01-10 09:10

“Qala Həyat”ın sığorta yığımlarının həcmi artmaqda davam edir – HESABAT

2024-08-29 10:41

«Qala Həyat Sığorta»nın yığımları 14 milyon manata çatır

2023-04-08 07:10

“Qala Həyat”da inkişaf davam edir - YIĞIMLARIN HƏCMİ ARTIR

2022-02-11 07:10

“Qala Həyat” 2021-ci ilin uğurlu fəaliyyətinin nəticələrini açıqladı

2021-04-15 07:10

“Qala Həyat” müasir standartlara uyğun yenilənmiş saytını – TƏQDİM EDİB